Menu

Vətən müharibəsi iştirakçısı Heydər Əsədov vəfat etdi

08.12.2024, 22:31
Vətən müharibəsi iştirakçısı Heydər Əsədov vəfat etdi

Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun baş giziri Əsədov Heydər Məmmədağa oğlu vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən H.Əsədov sakini olduğu Biləsuvar rayonunda dünyasını dəyişib.

O, hərbi tibb kollecində təhsil alıb. Bir çox hərbi hissələrdə tibb məntəqəsində çalışıb.

Tovuz, Aprel döyüşlərinin də iştirakçısı olan Heydər Əsədov Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə çoxsaylı medallarla təltif olunub.

Qeyd edək ki, 46 yaşlı H.Əsədov 25 illik vətənə xidmətini yenicə başa vurmuşdu.

Ailəli idi, 3 qız övladı vətənə əmanət qaldı.

Şərhlər

X 2024-12-09 15:46:32

Allah rəhmət eləsin. 25 ilin yorğun məkanın cənnət olsun

Vahid 2024-12-09 08:11:46

Allah rahmet etsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol