Menu

Müdafiə Nazirliyi əhaliyə müraciət edib

09.12.2024, 18:00
Müdafiə Nazirliyi əhaliyə müraciət edib

Müdafiə Nazirliyi Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı əhaliyə müraciət edib.

Cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:

"Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol