27 noyabrda Heyət Təhrir əş-Şamın (HTŞ) rəhbərliyində başlayan hərbi əməliyyatlar nəticəsində Suriyadakı Baas Partiyasının 61 illik hakimiyyətinə son qoyulub. Ölkəsində yaranana xaotik vəziyyəti idarə edə bilməyən Bəşər Əsəd isə ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya qaçıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Şamın kəşfiyyat xidmətində çalışan mayor rütbəli Xalid Beyye Suriyada baş verən hadisələrlə bağlı verdiyi açıqlamada Əsəd rejiminin Hələbin süqut etdiyi gün devrildiyini bildirib.
Beyye iddia edib ki, Əsəd Rusiyaya qaçaq yolla 135 milyard dollar aparmağa nail olub.
“Rejimin çöküşündən əvvəl böyük bir qarşıdurma oldu. Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq arasında böyük qarşıdurma var idi. İlk qarşıdurma Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında oldu. Bundan sonra hərbi kəşfiyyatla ordu arasında məlumat alış-verişi dayandı. Hələbin süqut etdiyi gün başlayan məğlubiyyət isə müxalifəti Dəməşqə gətirdi”, -deyə o, bildirib.
Beyye onu da əlavə edib ki, baş verən hadisələr fonunda rejim komandanlıq səviyyəsində təmsil olunan 273 yüksək rütbəli hərbçisini edam edib.
“AzPolitika.info”

Şərhlər
Her kes öz emelinin girovudur.
Son 13 ildə Suriyədə baş verənlər, qan donduran tablolardır. 61 illik Hafiz və Bəşər hakimiyyətinin qalan gizlinlərini də demirik hələ. Adam da hakimiyyət üçün mənsub olduğu milləti bu qədər alçaldarmı, zülm edərmi. Türkiyenin ATV kanalından Suriyədə Şamın ölüm həbsxansının da görüntülərini izlədim. Orada ölümə məhkum edilmişlərin əksəriyyəti, Əsədin zülmünə etiraz edənlərdir. Bəs bunu allah götürərdimi, bəli götürmədi. Nə qədər nadan olmalısan ki, hakimiyyət üçün öz xalqına bu qədər zülm edəsən. Nə qədər nadan olmalısan ki, səndən xalqın bir gün bunu səndən soracağını ağlına gətirməyəsən. Nə qədər nadan olmalısan ki, səndən öncə sənin bu gün yaşadıqlarını yaşayan və gözləri çıxarılan kardeşlərindən də (Rza şahdan, Səddamdan, Kaddafiden) dərs almayasan. Yoxsa sanırsınız ki, ölkədən qaçmaqla geridə buraxdığınız onca qan, zülm, göz yaşları sizi buraxacaq. Asla. Sənə qucaq açanlar, səni bu gün kimsəsiz qoyanlardır. Onlar səni səndəkiləri aldıqdan sonra yenə taleyin umudun buraxacaqlar. Yəni bu gün xalqdan çaldığın yüz-yüz milyarlarla sərvətlər də səni və ailəni xilas etməyə yetməyəcək.
Hər tiranın bir viranı var. Bu da Əsədin viranı başa çatdı. Onu əvvəl axır o zülm etdiklərindən biri öldürəcəklər. Oartıq Rusiyaya da lazımsız adamdır. Bəlkə də elə pula görə rus onun axırına çıxdı. Bu dəhşətli diktatorun axırı ölümdür