Menu

"Türkiyəni hər gün 300-350 suriyalı tərk edirdi, bu say iki dəfə artıb" - Nazir

10.12.2024, 13:46
"Türkiyəni hər gün 300-350 suriyalı tərk edirdi, bu say iki dəfə artıb" - Nazir

2024-cü ildə ayda orta hesabla təxminən 11 min suriyalının Türkiyədən geri qayıtması qeydə alınıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda bu say gündə 300-350 nəfər təşkil edirdi: “Bu rəqəm 1,5-2 dəfə artıb. Sərhəd-keçid məntəqələrimizdə gündəlik keçid imkanımız 3 min civarında idi. Lakin keçidlərin sayı arta biləcəyi üçün biz məntəqələrdəki keçid limitini 15-20 minə qədər artırdıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol