Menu

İranda ona yaxın məhbus edam edilib

10.12.2024, 14:14
İranda ona yaxın məhbus edam edilib

İranda 10-a yaxın məhbus edam edilib.

"AzPolitika" xəbər verir ki, slam Respublikasının davam etdirdiyi edam dalğasında Güney Azərbaycanın Təbriz, İranın isə İsfahan, Bircənd və Zahidan şəhərlərində ən azı 8 məhbus dar ağacından asılıb.

Məlumata görə, Təbriz və Zahidan zindanlarında 6 məhbus, Bircənd və İsfahan həbsxanalarında isə iki məhbusun ölüm hökmü icra edilib. 

Bildirilib ki, asılan məhbuslar “adam öldürmək” və “narkotik qaçaqmalçılığı”nda günahlandırılıblar. Qeyd edək ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına kimi İran həbsxanalarında 811 məhbusun edam hökmü yerinə yetirilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol