Menu

Bakıda liposaksiya etmək istəyən qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib

11.12.2024, 16:53
Bakıda liposaksiya etmək istəyən qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib

Bakıda qadının ölümünə səbəb olmaqda təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudova cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, 29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də qadın liposaksiya əməliyyatı üçün“Reo-Med” klinikasına müraciət edib və iyulun 2-də ölüb.

Onun ölümü ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib.

Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol