"Bir milyon yarım şagirdi olan sistemdə gün ərzində hansısa şagirdlərin, valideynlərin və ya müəllimlərin arasında münaqişə tipli halların olması qaçılmazdır".
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz bir milyon yarım şagird, onların valideynləri və iki yüz minə yaxın müəllimdən danışırıq. Baş verən bütün hallara qanunvericilik çərçivəsində baxılmalıdır. İnzibati qaydada pozuntular, cinayət xarakterli məsələlər varsa, bunları hüquq-mühafizə orqanlarına yönləndiririk. Təlim-tərbiyə ilə bağlı məsələdirsə, problemi valideynlərlə həll etməyə çalışırıq", - deyə nazir bildirib.


Şərhlər
Cənab nazir Lənkəran rayon Gərmətük qəsəbə orta məktəbi və uşaq bağçası bərbad vəziyyətdədir və əsaslı təmirə ehtiyacı vardır. Xahiş edirik köməklik göstərəsiniz
nazir əgər özünü nazir görürsə o münasibət bilirəli yox,konkret vasitələrlə belə halların qarısını almalıdır.münasibəti jurnalist və ya kənar şəxs bildirə bilər ki.bu halda da nazirdən konkret tədbir olmalıdır. Öz nəzarətində olan müəsisələr barədə münasibət bildirən nazir yerinə olmadığını sübut edir.Nazir kimə münasibətini göstərir?Belə təyinatlar Azərbaycan xalqına.təhsiliə,səhiyyəsinə,iqtisadiyyatına müsbət nəticə verməz!