Gürcüstanda davam edən etirazlar fonunda hakimiyyətdaxili böhranın əlamətləri müşahidə olunmağa başlayıb.
“AzPolitika” xəbər verir ki, Gürcüstan mətbuatının yazdığına görə, ölkənin Baş naziri İrakli Kobaxidze vəsifəsini tərk etməyə hazırlaşır. İddialara görə, “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bununla bağlı qərar verib.
Qeyd edək ki, artıq iki həftədir davam edən kütləvi etirazlar məhz Kobaxidzenin Avropa İttifaqı ilə bağlı məlum bəyanatından sonra baş qaldırıb.
“AzPolitika.info”


Şərhlər
Artıq dünyada hamı başa düşdü ki ,Kobaxidze « kukla » baş nazirdi . Ona görə də Makron sözdə heç bir səlshiyyəti olmayan İvanaşvili ilə danışır .Deyəsən 14 - dekabr prezident təyini qırılma nöqtəsi olacaq