Menu

MİT başqanının Dəməşq səfərinin pərdəarxası - "Bu, Türkiyənin işinə yarayır..."

13.12.2024, 12:39
MİT başqanının Dəməşq səfərinin pərdəarxası - "Bu, Türkiyənin işinə yarayır..."

"MİT Başkanı İbrahim Kalın Dəməşqə səfəri əhəmiyyətlidir. Bu Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir".

"AzPolitika" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İ.Kalının səfərini şərh edərən bildirib.

"Aydındır ki, Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib. Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir. Ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var", - təhlilçi əlavə edib.

Onun sözlərinə görə, Suriyanın milli pulu o qədər dəyərdən düşüb ki, Dəməşqdə Türkiyə lirəsi işlənir: "Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib. Bu Türkiyənin də xeyrinədir. Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq. Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken sabah Ankaraya gedəcək, digər Avropa liderləri də Suriya məsələsində Türkiyə rəsmiləri ilə məsləhətləşirlər".

E.Şahinoğlu vurğulayıb ki, Türkiyənin illər öncə milyonlarla suriyalıya sığınacaq verməsi də hazırda Ankaranın işinə yarayır. 

"Dolanışıq imkanı qazanan və türk dilini öyrənərək geri qayıdan suriyalılar vətənlərində Türkiyənin lobbiçisinə çevriləcəklər", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol