Menu

Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Bakıya səfərə gəlib

14.12.2024, 08:35
Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Bakıya səfərə gəlib

Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallaqer Azərbaycana üçgünlük səfərə gəlib.

“Report” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın rəsmi informasiya portalı “Vatican News” bildirib.

Qeyd olunub ki, səfərin əsas məqsədi Bakıda Müqəddəs II İoann Pavel kilsəsinin təməlqoyma mərasimi və yerin xeyir-duasıdır. Məbəd paytaxtın Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsində tikiləcək.

Rəsmi proqram dekabrın 14-də başlayacaq. Azərbaycana səfəri çərçivəsində arxiyepiskop Qallaqer xarici işlər naziri Ceyhun Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və yerli din xadimləri ilə görüşlər keçirəcək.

Müqəddəs Taxtın katibi həmçinin Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsində ibadət keçirəcək.

Şərhlər

ƏNHU 2024-12-14 23:38:06

Bakıda bir katolik kilsəsi var ki, oraya gün ərzidə 3-5 adam gəlir. Yəni şəhərdəki katoliklər üçün bu kilsə tamamilə yetərlidir. İkinci kilsənin tikintisinə nə ehtiyac vardı ki?

Braham Cardanov 2024-12-14 12:18:43

2ci İohann Pavelin Bakıya, Qafqaza nə dəxli-aidiyyatı? Yaxş olardı ki, malakan və Nich kəndlərinə səfər etsin? Sonra İtaliyada Azərbaycan-türk ilkin astronomik Günəşə-Aya ibadət sarayının qurulmasına nail olsun?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol