Menu

Cənubi Koreya parlamenti prezidentin impiçmentini dəstəkləyib - Prezident səlahiyyətini baş nazir icra edəcək (Yenilənib)

14.12.2024, 15:17
Cənubi Koreya parlamenti prezidentin impiçmentini dəstəkləyib - Prezident səlahiyyətini baş nazir icra edəcək (Yenilənib)

Cənubi Koreya parlamenti dekabrın 14-də ölkə prezidenti Yon Sok Yolun impiçment olunmasını dəstəkləyib.İmpiçmentin lehinə 300 deputatdan 204-ü, əleyhinə 85-i səs verib. Səsvermə gizli keçirilib.

“AzPolitika.info” xəbər verir ki, səsvermənin nəticələri onu göstərir ki, prezidentyönlü partiyadan bəzi deputatlar da prezidentin hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləyiblər.

Hakim “Xalqın gücü” partiyasının lideri Xan Don Xun prezidentin impiçment olunmasına çağırıb. Daha əvvəl isə buna qarşı çıxırdı.

Bu artıq ikinci impiçment cəhdidir, birinci səsvermədə prezidenti kənarlaşdırmağa yetərincə səs yığılmamışdı.

İndi prezident müvəqqəti olaraq vəzifədən kənarlaşdırılır.

Konstitusiya Məhkəməsi 180 gün ərzində onun səlahiyyətlərini tamamilə almaq, yaxud bərpa etməyə qərar verməlidir.

İndilik, prezident səlahiyyətini baş nazir icra edəcək.

“AzPolitika.info”

***

Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib. “Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd olunub ki, bunun "lehinə" 204 nəfər, "əleyhinə" 85 nəfər səs verib.

Hakim "Vətəndaş Gücü" partiyasının deputatları səsvermədə iştirak ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol