Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi çərçivəsində 69,5 milyon manatlıq mal-qara alır. İqtisadiyyat.az xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi tenderdə idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması nəzərdə tutulur.
Belə ki, agentlik aşağıdak mal-qaranı sifariş edir:
1) 3 yaşa qədər diri çəkisi minimum 265 kq olan 14 400 inək,
2) 2-4 yaş arası çəkisi minimum 45 kq olan 40 000 qoyun,
3) 2-4 yaş arası çəkisi minimum 55 kq olan 2 000 qoç,
4) 2-4 yaş arası çəkisi minimum 35 kq olan 10 000 keçi,
5) 2-4 yaş arası çəkisi minimum 35 kq olan 1000 təkə,
6) minimum 15000 sayda işçi arıdan ibarət olan 14 000 arı ailəsi (Ana arı ən azı 1 yaşında olmalıdır),
7) Qarışıq yem – 800 kq (5840 kq)
8) Arıçı geyimi (qurşaqdan yuxarı,papaqla birlikdə,qalın bez material) - 700 dəst,
9) Bal süzən aparat (alminium və nerjavika qarışığı, 4 pərli, 40 lt) - 700 ədəd.
Dövlət Məşğulluq Agentliyi sözügedən mal-qaranın alınmasına 69 552 210 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Məlumat üçün xatırladaq ki, agentlik özünüməşğulluq layihəsi çərçivəsində mal-qaranı adətən “Agro Best” şirkətindən alır. Qurum bu ilin may ayında həmin şirkətdən 66,8 milyon manatlıq mal-qara alıb.Açıqlanan məlumatlara əsasən, 2021-ci ildən bəri özünüməşğulluq layihəsi çərçivəsində şirkətlə Agentlik arasında dəyəri 258 milyon manatdan artıq satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. İşsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər özünüməşğulluq proqramında iştirak etmək hüququna malikdirlər. Özünüməşğulluq proqramında iştirak etmək istəyən şəxslər qeydiyyatda olduğu Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməlidirlər.


Şərhlər
yəqin ki bu heyvanlar yerinə çata qədər ölməzlər !!!
Salam mən Mübariz Novruzov Ağakərim oğlu qoyunçuluq təsərfatına görə müraciət etmişəm xaiş edirəm kömək edin
Göyçay rayon məşğulluq idarəsinə 4 ildir heyvan yazdırmışıq nə səs-soraq var ? Nədə heç maraqlanan yoxdur.
2-4 yaş arası çəkisi minimum 45 kq olan 40 000 qoyun
Ay Dövlət Məşğulluq Agentliyi Siz ömrünüzdə yaşı 2-4 il olan və çəkisi 45 kq olan qoyun görmüsünüz?
Azərbaycanda Belə qoyunlara nisbətən yaxın ancaq Saray qoyunları olurdu və indi də var.
YALANDIR HAMISI.....