Menu

Türkiyə ABŞ-a Suriyada PKK-nı məhv etmək niyyətində olduğunu bildirib

15.12.2024, 20:28
Türkiyə ABŞ-a Suriyada PKK-nı məhv etmək niyyətində olduğunu bildirib

Türkiyə ABŞ-ı Suriyada PKK terror təşkilatını məhv etmək niyyəti barədə məlumatlandırıb və Vaşinqtonun mövqeyinə yenidən baxacağına ümid edir.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verməyəcək.

“Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırdıq. Onların mövqelərini yenidən nəzərdən keçirmələrini gözləyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol