Menu

Aİ Ukraynaya sülhməramlıların göndərilməsinin müzakirəsini tez hesab edir

16.12.2024, 13:22
Aİ Ukraynaya sülhməramlıların göndərilməsinin müzakirəsini tez hesab edir

Aİ ölkələri Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə etmir.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Kaya Kallas vurğulayıb ki, Avropa sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsi üçün ölkədə sülh olmalıdır: “Əvvəlcə sülh yaratmaq lazımdır və yalnız bundan sonra sülhməramlılar haqqında danışmaq lazımdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol