Menu

"65 yaşında da rəqqas olar?!" - Polad Bülbüloğlu

17.12.2024, 15:14
"65 yaşında da rəqqas olar?!" - Polad Bülbüloğlu

Bizim rəqqaslar əvvəl 20 il işləyəndən sonra təqaüdə çıxa bilərdilər, sonra bu maddə qanundan çıxarıldı.

APA xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Polad Bülbüloğlu deyib.

Komitə sədri bildirib ki, indi rəqqaslar ümumi qaydada pensiyaya çıxırlar: "Yəni rəqqaslar 65 yaşa kimi rəqqaslıqla məşğul olandan sonra təqaüdə çıxırlar. Bu, gülməli bir şeydir. Nazirlər Kabinetinin qərarı var ki, bu, 5 yaş azaldıla bilər. Xahiş etmişəm ki, sənədləri qaldıraq və müzakirə edək. Qanuna dəyişiklik edək ki, onlar rahat 20-22 ildən sonra təqaüdə çıxa bilsinlər və özlərinə layiqli təqaüd alsınlar. 65 yaşında da rəqqas olar?".

Şərhlər

Ərzuman Vəliyev 2024-12-17 18:56:55

Bu necə və hansı haqla mədəniyyət naziri olub.By adam anlamır ki.hamı Ləzginka oynamır.Rəqsin tərəkəməsi.vağzalısı və sairələri var ki.bunu Polad da oynaya bilər.Bəs diplomatik ixtisasl,təcrübəsi olmayan adamın səfir tyin edilməsinə Polad necə baxır? Hələ 80 yaşlı deputatın nəyə yaradığı başqa məsələdir.

Cavanşir 2024-12-17 18:14:22

80 yaşında səfir olar?80 yaşda deputat qayrılandan nə gözlənti olar?Azərbaycan bir sahibkarın fermasına bənəyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol