Menu

İsrail İrana təzminat ödəyəcək - QƏRAR

13.12.2014, 11:30
İsrail İrana təzminat ödəyəcək - QƏRAR

İsveçrə Arbitraj Məhkəməsi İsraili narazı salacaq qərar qəbul edib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı rəsmi Təl-Əviv üçün həm maddi, həm də mənəvi cəhətdən xeyli ağırdır.

Belə ki, 1968-ci ildə İsrail İranın şah hakimiyyəti dövründə “Eilat Ashkelon” boru kəməri şirkətinin ödəmədən boyun qaçırmasına görə 100 milyonluq dollar təzminat ödəməlidir.

Bildirilir ki, adıçəkilən şirkət İsrailə məxsusdur və 1979-ci il İslam İnqilabından sonra 800 min tonluq İran neftinin pulunu ödəməməkdən imtina edib. Bundan sonra rəsmi Tehran beynəlxalq səviyyədə təzminat iddiası qaldırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol