Menu

Türkiyə lirəsi 0,7 faiz ucuzlaşıb

20.12.2024, 15:06

Türkiyə lirəsi ABŞ dolları qarşısında 0.7 faiz ucuzlaşaraq 35.4 səviyyələrinə qədər düşüb. Lakin sonradan itkisinin bir hissəsini bərpa edərək 35.19 səviyyələrinə qalxıb.

"APA-Economics" xəbər verir ki, ümumilikdə, 2024-cü ildə TL dollar qarşısında 20 faiz dəyər itirib.

Paralel olaraq, TL manat qarşısında da bu ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankının 20 dekabr məzənnəsinə əsasən 1 TL 0.0483 AZN-ə qədər enib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol