Menu

Gürcüstan parlamentariləri gələn həftə Azərbaycana gələcək

20.12.2024, 21:54
Gürcüstan parlamentariləri gələn həftə Azərbaycana gələcək

Gələn həftə Gürcüstan parlamentinin üzvləri Azərbaycana səfər edəcək.

Bu barədə “Report”un Gürcüstan bürosuna parlamentin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadagişvili məlumat verib.

O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər son illərdə strateji əməkdaşlıq səviyyəsinə çatıb və davamlı olaraq möhkəmlənir:

"Hər iki ölkə beynəlxalq səviyyədə qarşılıqlı olaraq bir-birini müdafiə edir. Ölkələr arasındakı dostluq və əməkdaşlıq münasibətləri həm regional, həm də beynəlxalq səviyyədə güclənir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol