Menu

Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb

21.12.2024, 00:29
Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb

Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb. "Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonu Aşağı Quşçu kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi bərpa olunub.

Ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb.

"Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır"-deyə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edək ki, ötən gün adı çəkilən məktəbdə yanacaq sobasından yaranmış tüstü səbəbdən 71 nəfər zəhərlənib. Onların içərisində 6 nəfər müəllim və məktəb çalışanları, digərləri şagirdlər olub.

Şərhlər

Mütəllim Gənciyev 2024-12-21 11:42:33

2011-2013cü illərdə yüksək dünyəvi-iqtisadi reytinqli dövlətimizə nə oldu ki, hər rayonda kiçicik də olsa İHnə yardımçı tam orta təhsilə operativ dəstək idarəsi-qurumuna maliyyə çatmadı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol