Menu

Tramp Panama kanalının ABŞ-nin mülkiyyətinə qaytarılmasını tələb edir

22.12.2024, 09:13
Tramp Panama kanalının ABŞ-nin mülkiyyətinə qaytarılmasını tələb edir

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Panama kanalının ABŞ-yə qaytarılmasına dair çağırış edib.

APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, kanaldan ən fəal istifadə edən ABŞ-dir, bu kanal isə Amerikanın iqtisadiyyatında və milli təhlükəsizliyində əsas rol oynayır.

“ABŞ-nin Panamaya göstərdiyi fövqəladə səxavəti nəzərə alsaq, Panamanın aldığı rüsumlar gülüncdür”,- Tramp qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol