Menu

Zurabişvili hökuməti hədələyib - Dekabrın 29-dan sonra da legitim prezident kimi qalacağını bəyan edib

23.12.2024, 20:29
Zurabişvili hökuməti hədələyib - Dekabrın 29-dan sonra da legitim prezident kimi qalacağını bəyan edib

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə rəsmilərini 29 dekabradək növbədənkənar parlament seçkiləri elan edilməyəcəyi təqdirsə, “rejimin çöküşü” ilə hədələyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Prezident videomüraciətində bunun dialoqun alternativi olduğunu deyib.

"Rejimin çöküşü" dialoqa, kompromisslərə, güzəştlərə alternativdir. Güzəştlər lazımdır, bəzi şeyləri etiraf etmək lazımdır, kompromisslər lazımdır. Əks halda rejim yıxılacaq”, - Salome Zurabişvili videomüraciətində bildirib.

Prezident hamını ikinci mərhələyə hazır olmağa çağırıb. O, dekabrın 29-dan sonra da ölkənin legitim prezidenti qalacağını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol