Menu

Polis əxlaqsızlığı təbliğ edən TikTokerləri saxlayıb (FOTO)

23.12.2024, 22:50
Polis əxlaqsızlığı təbliğ edən TikTokerləri saxlayıb (FOTO)

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Şərhlər

Roma 2024-12-24 11:51:56

O, əxlaqsız "şairə" İlhaməni, eləcədə, ondan heç də geri qalmayan Əli Mirəlini və eləcədə, Zaur Kamalı, Hoşqədəmi, o biri Zauru, Mətanəti və s... televiziyalardan uzağlaşdırmağ lazımdır.

asif 2024-12-24 00:03:43

kuce adamlaridir.doblet baglasa tiktoku ela olar.qadagan etmek lazimdir mehv edib cemiyyeti

Vahid 2024-12-23 23:44:34

Pul alıb buraxmasalar,destekleyirem

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol