Menu

"2025-ci ildə sülh müqaviləsinin imzalanması qeyri-real görünür" - Fərid Şəfiyev

24.12.2024, 12:02
"2025-ci ildə sülh müqaviləsinin imzalanması qeyri-real görünür" - Fərid Şəfiyev

"Son dövrlər baş verən proseslər onu göstərir ki, Avropa İttifaqının Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq".

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının fəaliyyətinə toxunan mərkəz rəhbəri Kanadanın ona qoşulması ilə onun "Avropa İttifaqı Plus" formatına keçdiyini söyləyib:

"Sərhəd zonasında heç bir üçüncü dövlətin qüvvələri olmamalıdır. Hazırda Ermənistan-Azərbaycan sərhədindəki missiya "Avropa İttifaqı Plus" formatına çevrilib. Son dövrlər baş verən proseslər onu göstərir ki, Avropa İttifaqının Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq. Ermənistan istəyir ki, həmin missiyanın fəaliyyətini uzatsın".

F. Şəfiyev əlavə edib ki, rəsmi İrəvan hazırkı mövqeyini davam etdirsə, 2025-ci ildə sülh müqaviləsinin imzalanması qeyri-real görünür.

Şərhlər

B.Qarabağlı 2024-12-24 14:59:57

Biz-Azərbaycan 1987ci ilin fevralından millətçi erməni təxribatı və sonrakı hərbi-soyqırımına ramən illərlə Sülh xəyalətini yaşasaqda, Ermənistanın Sülhə ilk-baş prinsipi-Azərbaycanı tarixiən ərazi bütövlüyünü konstitusion qaydada tanıyıb-qəbul etmək əvəzinə yeni bəhanələrlə tam tərsinə-qlobal hərbi hazırlıqları müşahidə edilməkdədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol