Bu il rusların üçdə birindən çoxu (37%) Şaxta Babadan Ukraynaya qarşı müharibədə "qələbə" istəyib.
“AzPolitika” xəbər verir ki, Kremlə yaxın Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin ənənəvi sorğusunun Rusiya mediasında dərc edilən nəticələrində belə deyilir.
Respondentlərin 12%-i özləri və yaxınları üçün sağlamlıq və ya yeni telefon, avtomobil, mənzil almaq kimi şəxsi istəklərinin həyata keçirilməsini arzulayır.
Rusların yalnız 7% -i Şaxta Babadan "bütün ölkələr üçün sabitlik” istəyib. Eyni zamanda, 6% özləri üçün iqtisadi sabitlik, 2% isə firavanlıq və sakit həyat arzulayır. Maraqlıdır ki, hər 10 rusiyalıdan biri (10%) Şaxta Babadan nəsə istəməkdən imtina edib.
“AzPolitika.info”


Şərhlər
Mence sorğu saxtakarluqka aparılıb.Rusiya vetendaşının yarıdan çoxu zŞaxta babadan Araq ve ‘закуска» isteyer.Yoxsa torpağının altı ve ğstü Xezine olan bu ölkenin vetendaşı it gününde yaşamaz.