Minik avtomobili yük maşınına çırpılıb
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı-Şamaxı avtomobil yolunun 50-ci kilometrliyində “Shacman” markalı yük avtomobili ilə “Opel” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində məlum olub ki, minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil verib.
Qəzanın səbəbi araşdırılır.


Şərhlər