Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Ukraynada müharibə 2025-ci ildə başa çatacaq. Onun sözlərinə görə, gələn il ya dinc danışıqlar olacaq, ya da döyüşən tərəflərdən biri digərini məhv edəcək.
“AzPolitika” xəbər verir ki, Orban bunu “Magyar Nemzet”-ə müsahibəsində deyib.
Macarıstanın 2025-ci il üçün planlarından danışan Orban, müharibə bitdikdən sonra ölkə üçün iqtisadi uğur proqnozlaşdıraraq, “müharibə siyasəti yerinə sülh siyasəti qayıdacaq və biz yenə də böyük iqtisadi uğurlar qazanacağıq”, - deyib.
Ondan soruşublar ki, müharibə bitməsə nə olacaq? Baş nazir cavab olaraq əmin edib ki, “müharibə 2025-ci ildə ya dinc danışıqlar yolu ilə, ya da döyüşən tərəflərdən birinin məhv edilməsi yolu ilə başa çatacaq”: “Amerika və Avropa birlikdə müharibəyə təxminən 300 milyard avro xərcləyib. Bu pulu Avropada həyat səviyyəsini tez bir zamanda yüksəltmək üçün istifadə etmək olardı. Biz bütün Balkanları Avropanın inkişafı səviyyəsinə çatdıra bilərdik. Miqrasiyanı cilovlaya, tikinti apara bilərdik, tamamilə yeni bir Avropa müdafiə sistemi qura bilərdik. Lakin bu pul artıq yoxdur”.
Baş nazir əlavə edib ki, bu xərclər nəticəsində “Ukrayna ərazisinin beşdə biri işğala məruz qalıb, yüz minlərlə insan həlak olub, yüz minlərlə insan şikəst olub və yaralanıb, yüz minlərlə insan dul və yetim qalıb”.
Macarıstan liderinin sözlərinə görə, Ukraynanın infrastrukturu, nəqliyyat və enerji sistemləri dağıdılıb və ölkə yaxın gələcəkdə iqtisadi cəhətdən özünü təmin etmək iqtidarında deyil.
V. Orban siyasi karyerasında 2020-2024-cü illərdən daha mürəkkəb dövrü xatırlamadığını söyləyib, bu amili bəzi Qərb liderlərinin təhlükəli fikirlərə ortaq olması ilə əlaqələndirib:
“Qərb dünyasında hakimiyyətdə elə adamlar var ki, onlar öz ölkələrini müdafiə etməyə qadir olmayan təhlükəli ideyaları dəstəkləyir. 2020-ci ildə ABŞ-də keçirilən Prezident seçkisi Donald Trampı bu postdan məhrum etmək məqsədilə saxtalaşdırılmışdı. Başqa bir nümunə isə Almaniya və Fransa ilə bağlıdır. Almaniyanın ən sabit fikirli kansleri Angela Merkel vəzifədən getdi, Fransa isə özünün ən çirkin niyyətini göstərməyə başladı. Bundan sonra Avropa ilə Rusiya arasında münaqişə vəziyyəti yarandı. Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə ya Rusiyanın, ya da Ukraynanın məğlubiyyəti ilə başa çatacaq. Onu da əlavə edim ki, son 4 il siyasi karyeramın ən mürəkkəb dövrü oldu” – V. Orban belə deyib.
“AzPolitika.info”


Şərhlər
“Ya sülh olacaq, ya da tərəflərdən biri məğlub olacaq”
Bu lap professional,hərbi-siyasi ekspertdir ki... :):) axmaq da bilir bunu...
либо пан, либо пропал
Bu da rusun sukasıdır. Əl çəkmir rusdan