Menu

"ATƏT-in Minsk Qrupunun bütün strukturları ləğv edilməlidir" - Rusiya XİN

25.12.2024, 18:51
"ATƏT-in Minsk Qrupunun bütün strukturları ləğv edilməlidir" - Rusiya XİN

ATƏT-in Minsk Qrupu aktuallığını itirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri rusiyalı həmsədrlə 2022-ci ilin fevralından təmasları kəsib. “Onlar bunu təşəbbüskarcasına ediblər. Bundan başqa, 2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqının sammitinin yekunlarına əsasən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib”.

Zaxarova qeyd edib ki, bu proses qərbin Minsk Qrupu formatının işini bloklaması ilə başlayıb: “Daha sonra isə reallıqlda dəyişikliklər baş verib. Beləliklə, Minsk Qrupunun bütün strukturları ləğv edilməlidir. Hesab edirik ki, müvafiq qərarının qəbul edilməsi üçün optimal yol Bakı və İrəvanın qeyd olunan institutların ləğv edilməsi üçün birgə təkliflə çıxış etməsidir”.

Şərhlər

ƏNHU 2024-12-25 20:25:55

Həyasız qadın hələ də Azərbaycan tarixi ədaləti bərpa edib demir. Reallıqda dəyişiklik baş vereib deyir və bunu Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması ilə əlaqələndirir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol