"Bu gün heç bir yaralı və ölənlərin nəşi gətirilməyəcək".
Oxu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Hava Limanının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.
O bildirib ki, zərərçəkmişlərin birinci dərəcəli ailə üzvləri Baş Prokurorluğun Dərnəgüldə yerləşən korpusuna yaxınlaşıb qan analizi verirlər: "Lakin onların nə zaman gətirilmələri ilə bağlı məlumat yoxdur və hazırda bu istiqamətdə araşdırma gedir. Hadisə ərazisində baş verdiyi üçün Qazaxıstan tərəfi araşdırma aparmalıdır ki, bu barədə məlumat olsun".


Şərhlər