Menu

Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb

26.12.2024, 10:42
Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 561 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 482.2 milyon manata bərabər olub.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 706.4 milyon manat, banklardan xaricə köçürmələr isə 14.6% və ya 82.6 milyon manat azalıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 267.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 564.8 milyon manat təşkil edib.

Şərhlər

Müti Heyyətov 2024-12-26 12:38:22

Bu nəticə mediamızın da geniş yayımladığı uzaq-güclü *qərb*in *həzm edə bilmədiyi* Elektron Hökumətimizin, 4cü *Sənaye İnqlabı*nın, *Rəqəmsal İnkişaf*ımızın balanslı siyasətlə gətirilən növbəti uğurudur!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol