Menu

İran Aİİ-də müşahidəçi statusu alıb

26.12.2024, 18:28
İran Aİİ-də müşahidəçi statusu alıb

İrana Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu verilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu qərar ittifaqın Rusiyada təşkil olunan sammitində qəbul edilib.

"İran bundan sonra ittifaqımızda müşahidəçi dövlətdir", - Avrasiya İqtisadi Komissiyasının Kollegiya sədri Bakıtjan Sagintayev jurnalistlərə bildirib.

Qeyd edək ki, Kuba və Özbəkistan da Aİİ-də müşahidəçi dövlət statusuna malikdir. Avrasiya "beşliyi"nə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol