Menu

Kremldən Azərbaycan təyyarəsinin vurulması ilə bağlı yeni açıqlama

27.12.2024, 20:42
Kremldən Azərbaycan təyyarəsinin vurulması ilə bağlı yeni açıqlama

İstintaq yekunlaşana qədər Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasına heç bir qiymət verməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Federal Hava Nəqliyyatı Agentliyindən Aktau yaxınlığında baş verən təyyarə qəzasının qiymətləndirilməsini gözləməyə çağırıb.

Peskov Kremlin Bakının Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Azərbaycan təyyarəsini vurmasına görə üzr istəməsi ilə bağlı bəyanatlarını gördüyünü, lakin qəzanın səbəbləri ilə bağlı araşdırmalar tamamlanana qədər bu vəziyyəti şərh etmədiyini açıqlayıb.

“Əlbəttə, bunu görmüşük. Amma bir daha təkrar edirəm, dediklərimə əlavə edəcəyim heç nə yoxdur. Hazırda bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər bizim heç bir qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu da etməyəcəyik.İnformasiya ancaq onlardan gələ bilər”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Şərhlər

Vətəndaş 2024-12-28 10:33:03

Rusiya istintaqa təsir edə biləəyini düşündüyündən belə məlumat verir.Ona görə Rusiyanı istintaq prosesinə yaxın buaxmaq olmaz! Burada 5-ci kolonu da yaddan çıxarmamaq yerinə düşür.Açıq bəllidir ki, Rusiya istintaqda iştirakı və 5-ci kolonu hesabladığından belə məlumat verb.

Eli 2024-12-27 15:06:05

Em azından son 100 ilşn tarixi Rusiyanın ve rusların kim ve ne olduğunu bütğn milletlere ve dövletlere göstere.Burda iki faktor var ki ı tesdiqini tapmalıdır:vicdanlı insanlıq ve kişilik,2- cidi ise Haqq ,Edalet ve heqiqet.Bunkarın heç biri de bir millet ve dövletde yıxdyr.Heç ne gözlemeyin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol