Menu

“Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın...” - Təyyarənin mərhum kapitanının qızı

27.12.2024, 23:44
“Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın...” - Təyyarənin mərhum kapitanının qızı

AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atası ilə bağlı paylaşım edib.

“AzPolitika" xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“Ata, sən mənim qəhrəmanımsan! Həmişə ürəyimdə qalacaqsan, onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, öz həyatını qurban verdin, günahkarı tapdın, mənim yanımda çox güclüsən, belə bir atam olduğu üçün həmişə fəxr edəcəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi etdin, xoşbəxt olmağımızı istədin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah! Allah rəhmət eləsin!” - həlak olan kapitanın qızı kədərini bölüşüb.

Qeyd edək ki, təyyarəni idarə edən və böyük təcrübəyə malik olan hava gəmisinin kapitanı İqor Kşnyakin 15 min saatdan çox uçuş həyata keçirib. Onlardan təxminən 11 200 saatını kapitan qismində olub. Dəhşətli qəzada 29 nəfərin sağ qalması onun qəhrəmanlığı sayəsində olub.



Şərhlər

Veteran 2024-12-28 22:27:50

Allah Rəhmət Eləsin ! Bütün Türk Dünyasının və Sülhpərvər xalqlarının Qəhrəmanı! Qəbrin Nürla Dolsun .

Fərq 2024-12-28 11:53:00

Мужчина!!! По взгляду видно.ALLAH rəhmət eləsin, məkanı cənnət olsun.Пусть земля будет пухом! Дочери счастья! Семье выдержки.

ƏNHU 2024-12-28 00:43:49

İctimaiyyət nümayəndələri olaraq təkid edirik ki, milli qəhrəmanlarımızın siyahısını öz ləyaqətli adı ilə zənginləşdirən əfsanəvi pilotumuz İqor Kşnyakin I Fəxri xiyabanda dəfn edilsin.

ƏNHU 2024-12-28 00:22:14

Məncə bu unudulmaz qəhrəmanımız IFəxri xiyabanda dəfn edilməlidir. Məkanı Cənnət olsun.

Moshu 2024-12-27 23:53:18

ALLAH rəhmət eləsin, məkanı cənnət olsun. Fikrimcə, göstərdiyi xüsusi xidmətinə görə ölkə rəhbərliyi onun xidmətini qiymətləndirməlidir. Bu, ALLAHAda xoş olar. Azpolitika-nın oxucularını bu məsələyə münasibət bildirmələrini xahiş edirəm

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol