Menu

Rusiya Ukrayna dronlarından bu sistemlə qorunmağa çalışır - VİDEO

28.12.2024, 13:34
Rusiya Ukrayna dronlarından bu sistemlə qorunmağa çalışır - VİDEO

Rusiya Ukrayna dronlarından qorunmaq üçün yeni vasitə tapıb.

"AzPolitika" xəbər verir ki, avtomobillərin daşıdığı bu yeni silahın görüntüləri sosial şəbəkələrin Rusiya seqmentində dərc edilib.

Belə ki, avtomobillərin üzərindəki sistem 24 lüləli silahdan və AK seriyalı piyada tüfəngi ilə təchiz olunub.

AK tipli tüfəngin yerləşdiyi avtomobilin arxa hissəsində əllə idarə olunan qurğu da var. Bu tüfənglər xüsusiyyətlərinə, xüsusən də gözə çarpan ağız uclarına və ön nişangahlarına görə 7,62x39 mm AK-12-lərə bənzəyir.

Qeyd edək ki, sözügedən sistemin PUA-lara qarşı effektiv olduğu bildirilir.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol