Menu

Təyyarəmizin vurulması ilə bağlı cinayət işini Rusiya İstintaq Komitəsi araşdıracaq

28.12.2024, 20:46
Təyyarəmizin vurulması ilə bağlı cinayət işini  Rusiya İstintaq Komitəsi araşdıracaq

AZAL-a məxsus təyyarənin Rusiya ərazində vurulması və bundan sonra Qazaxıstanın Aktau limanında qəzaya uğraması ilə bağlı cinayət işi  Rusiya İstintaq Komitəsinin (İK) mərkəzi aparatına verilib.

Bu barədə TASS-a qurumdan bildirilib.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”, - qurumdan bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazində vurulub və bundan sonra  Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Şərhlər

Loğman 2024-12-29 10:35:58

eyorik.yazırıq və bütün ünya bilir ki,Azərbaycan təyyarəsini Ruslar vurub.Bəs istintaqın Rusiyaya verulmsini necə anlayaq?Bunun nə demək olduğunu və qəza şəhidlərinin qanının batırılması cəhdini necə anlayaq? Azərbaycan Rəhbərliyi belə qərarı hansı əsasla və nə məqsdlə qəbul etdiyi heç cür anlaşılmır.Bu yanlışlığın məqsədi olduqca qaranlıqdır və bir başa Putini və Rusiyanı müdafiəyə yönəlib.Məqsəd?

Fuad Ağayev 2024-12-29 10:28:16

Əgər Azərbaycan istintaqın doğru getməsinə maraqlıdırsa bu zaman istintaqən Rusiya tərəfinən aparılmasına razı olmamalıdır.Çünki bu "Səndən Sənə şikatət" kimi qəbul edilir.Deyirik Təyyarəni Rusiya vurub.sonra istintaqı Rusiyaya həvalə edirikBunun nə demək oluğunu anlamaq çətin deyil.Deməli bizinkilər Faciədə həlak olan soyaşlarımızın qanını batırmaq düşünürlər İistintaqı Beynəlxalq komisisyaya vermək vacibdir.Çünki hadisə Rusiyada və son Qazaxstanda baş verib.Belə halda istintaq Betnəlxalq Komissitada aparılmalıdır.

Köhne 2024-12-28 23:13:51

Bız rusıyaya inanmalıyıq ya ne meseledır...?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol