Menu

Türkiyədə yaşayış binasında partlayış baş verib - 10 nəfər xəsarət alıb

28.12.2024, 22:44
Türkiyədə  yaşayış binasında partlayış baş verib - 10 nəfər xəsarət alıb

Türkiyənin Kocaeli vilayətində yaşayış binasında məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayış baş verib.

“Report” “TGRT” telekanalına istinadən xəbər verir ki, bu barədə vilayətin valisi Əlhami Aktaş məlumat verib.

Onun sözlərinə görə, 3 mərtəbəli binada baş verən partlayışda 10 nəfər xəsarət alıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol