Menu

“Avropa İttifaqı Rusiya ilə əməkdaşlıq etməyə ümid edir” - Merkel

13.12.2014, 19:09

16-bundeskanzlerin-merkel-spricht-mit-russischem-praesident-putin,property=posterAvropa İttifaqı (Aİ) Rusiya ilə əməkdaşlıq etməyə ümid edir.

APA-nın “Deutsche Welle” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın kansleri Angela Merkel bildirib.

“Ukrayna, Gürcüstan və Moldova ilə imzalanması nəzərdə tutulan Assosiativ Sazişlər Rusiyaya qarşı yönəlməyib”, - deyə A. Merkel qeyd edib.

Bununla yanaşı, kansler Ukrayna münaqişəsinin diplomatik yol ilə həll olunmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Almaniya Rusiya ilə sıx iqtisadi əlaqələrin qurulmasında maraqlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol