Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin və Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya ərazində vurulan və bundan sonra Qazaxıstanın Aktau limanında qəzaya uğrayan təyyarəmizlə bağlı birgə təhqiqatın prioritet vəzifələrini müəyyən ediblər.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
"Rusiya İstintaq Komitəsinin rəhbərinin Azərbaycanın Baş prokuroru ilə telefon danışığı olub. Danışıq zamanı tərəflər birgə təhqiqat planı çərçivəsində prioritet vəzifələri müəyyən edib, gələcək hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər", - qurumun məlumatında bildirilib.


Şərhlər
Təyyarənin Rusiyada vurulduğunu,rabitə və idarə sisteminin sıradan çıxarılması faktını unudaraq onun Qazaxstanda qəzaya uğradığını əsas göstərmək yanlış olduğu qədər də həqiqəti gizlətməkdir.İstintaqın Rusiyaya verukməsi isə kökündən yanlış və həlak olanlara sayğısızlıq və yanlışdır.
Putin Rusiyası bı mesele ile elaqedar müeyyen addımlar atacaq ona göre yox ki edaletlidirler,ona göre ki hadise mğselman torpağında-Öeçenşstanda baş verib ve 5-3 çeçeni qurban vermek Putin üçün ele bir problem deyil ve o bınu edib günahı da Kadırovun boynundan asacaq .