Menu

Yeni il gecəsi Qırmızı Meydan bağlanacaq

30.12.2024, 16:41
Yeni il gecəsi Qırmızı Meydan bağlanacaq

Yeni il gecəsi Moskvadakı Qırmızı Meydan bağlanacaq. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya paytaxtının Baş Polis İdarəsindın bildirilib.

Qeyd olunub ki, dekabrın 31-i axşam saat 6-dan yanvarın 1-i səhər saat 8-ə qədər Qırmızı Meydan ictimaiyyət üçün bağlı olacaq.

Qırmızı Meydanda yerləşən QUM konkisürmə meydançası istisna kimi öz qrafikinə uyğun fəaliyyət göstərəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol