Menu

İŞİD-lə mübarizə üçün 64 milyard ayrıldı

13.12.2014, 23:08
İŞİD-lə mübarizə üçün 64 milyard ayrıldı

Senat 585 milyard dollarlıq hərbi xərcləri yekdilliklə qəbul edib

ABŞ Senatı 585 milyard dollarlıq hərbi xərcləri yekdilliklə qəbul edib. ANS PRESS-in məlumatına görə, hərbi büdcəyə dair qanun layihəsi imzalanmaq üçün prezident Barak Obamaya göndərilib.

Sənədin qəbul edilməsi ilə ABŞ hərbi qüvvələrinin 2015-ci il oktyabrın 1-dən başlayacaq maliyyə ilində müdafiə xərcləri üçün ayrılmış maliyyə fondlarından istifadə etməsinə icazə verilir.

Buraya ABŞ prezidentinin İraq və Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlar aparılması üçün müraciət etdiyi təcili maliyyə fondları da daxildir. Büdcədə Suriyada mötədil üsyançılar və İraqda kürd hərbi qüvvələrinə iki il müddətinə təlim verilməsi üçün maliyyə fondlarının ayrılması nəzərdə tutulur.

Müdafiə xərclərinə dair qanun layihəsi ABŞ-ın hərbi əməliyyatları, habelə hərbçilərin maaşlarının bir faiz artırlıması, hərbi gəmilər, təyyarələr və döyüş texnikasının alınması üçün nəzərdə tutulan maliyyə xərclərini əhatə edir.

Prezident Obamanın etirazına baxmayaraq, büdcə haqda qanunla ABŞ-ın Kubada Quantanamo hərbi həbsxanasının bağlanması üçün qoyulmuş məhdudiyyətlər və Quantanamo məhbuslarının Birləşmiş Ştatlara gətirilməsinə qadağa saxlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol