Bu il Azərbaycan Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12,9 milyard kubmetr təbii qaz ixrac edib.
"Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Azərbaycanın Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlamasından dörd il ötür: "Bu müddətdə TAP-la Avropaya 42,8 milyard kubmetr təbii qaz tədarük olunub".


Şərhlər
Hesabi mübaliğə. Ötən 2024cü ildə və ya dörd ildə TAP dövlətimizə hansı əlavə qazancı gətirib? Fərqli qonşu respublika RF qazını elektrikə çevirməklə hər il nə qədər qazanc əldə edir?