Menu

Azərbaycan nefti bahalaşmaqda davam edir

31.12.2024, 10:23
Azərbaycan nefti bahalaşmaqda davam edir

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,33 ABŞ dolları, yaxud 0,43 % artaraq 76,45 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 73,99 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Şərhlər

B.Kolxozdar 2024-12-31 16:24:57

Prezident İ.H.Əliyevə göndərilən BaşSağlığı ifadələri və neftin qiyməti dünyada demək olar ki, Azərbaycanımızın yaşamına, taleyinə heç bir beynəlxalq təşkilatın və dövlət biganə olmadığını təsdiqləyir! Həmin ölkələrin hər birinin müraciətlərində yardıma və mühafizəyə hazır olduqları da ifadə edilir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol