Bu ilin yanvar-sentyabr aylarında Fransa Azərbaycan iqtisadiyyatına 91,6 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,8dəfə çoxdur.
Hesabat dövründə Fransanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 % olub.
9 ay ərzində Azərbaycan isə Fransa iqtisadiyyatına16,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10,8 %azdır.
Hesabat dövründə Azərbaycanın Fransa iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,2 % təşkil edib.


Şərhlər
Fransanın Azərbaycana qarşı yaramaz,düşmən münasibətlərinə görəmi oraya investisiya qoyulur? Bu anlaşılmazlığı yaratmaqda məqsəd nədir? Bunu xalqın güzəranının yaxşılaşdırılmasınaistiqamətlənirmək olmazdı? Hələ Kilsə təmirinə ağılsız və lazımsız milyonlarla məsrəflər!Niyə bunlar baş verir?
Mətbu atımızmı, mediamızmı deyək, məziyyətcə təhlili dərki-düşüncə üzrə 10 da deyil, aazı 100 dəfə, gediş-hesabi pillə geri qalmaqdadır? Fransa ilə 2018-2023cü illərin ticarət dövriyyəsi və saldosu, eləcə də qarşılıqlı iqtisadi əlaqələrin yekun nəticələrin müqayisəli təhlili üçün təqdim edilməsi fərz deyilmi?