Bakının son illər ən sürətlə inkişaf edən, məskunluğun günbə-gün artdığı kənd və qəsəbələrindən biri də Məhəmmədidir. Paytaxtın 10 kilometrliyində yerləşən və ən qədim kəndlərindən biri olan Məhəmmədidə son illər onlarla hündürmərtəbəli, yüzlərlə fərdi yaşayış evləri tikilib, kənd əhalisinin sayı bir neçə dəfə artıb. Lakin təəsüf ki, təhsil və məktəbəqədər təhsil infrastrukturu bu inkişafa cavab verəcək səviyyədə deyil. Minlərlə əhalisi olan bu kənddə hələ də uşaq baxçası, məktəbəqədər təhsil və tədris müəssisələri fəaliyyət göstərmir.

Dekabrın 13-də Məhəmmədi kəndində açılışı olan “Caillou” (“Kayu”) Tədris və İnkişaf Mərkəzi də məhz bu ehtiyacı qismən qarşılamaq məqsədilə yaradılıb.

Amerikan Məktəbəqədər Tədris Proqramının tədris olunacağı mərkəzdə 6 yaşa qədər uşaqlara aşağıdakı istiqamətlər üzrə bilgilər öyrədiləcək.

- Hesab

- Nitqin inkişafı

- Hüsnxətt

- Həyat bilgisi

- Rus və ingilis dilləri anlayışı

- Diqqətin və yaddaşın formalaşdırılması

- Müqayisə və analogiyanın məntiqi təfəkkürünün formalaşdırılması

- Şahmat

Bundan başqa, “Caillou” Tədris və İnkişaf Mərkəzində ibtidai siniflərin ev tapşırıqlarının öyrədilməsi, rəqs, rəsm dərsləri, ingilis və rus dili hazırlıqları da olacaq.

Yaxın vaxtlarda “Caillou” Uşaq Baxçasının açılması da planlaşdırılır.

“Caillou” Tədris və İnkişaf Mərkəzi Məhəmmədi kəndindən başqa, Zabrat qəsəbəsi, Kürdəxanı və Savalan kəndlərinin sakinlərinə də öz xidmətlərini təklif edir.

Ünvan: Əziz Əliyev küçəsi, 102 saylı bina, birinci mərtəbə (Zabrat-Kürdəxanı yolundan Məhəmmədi kəndinə dönüşdə, “Yeddi Gözəl” binalarının yanı).

Əlaqə telefonları: 012 551 75 48

070 884 11 05