Cənubi Koreya Prezidenti Yun Sok Yolun iqamətgahına gələn ölkənin Yüksək Vəzifəli Məmurlar Arasında Korrupsiyanın Araşdırılması İdarəsinin (CIO) müstəntiqləri, məhkəmənin qərarına əsasən, prezidenti həbs etmək cəhdlərini dayandırıblar.
Bu barədə “Report” “Yonhap” agentliyinə istinadən xəbər verir.
Müstəntiqlər həmçinin növbəti addımların nəzərdən keçirilməsinin vacibliyini vurğulayaraq Yun Sok Yolun davranışından təəssüfləndiklərini bildiriblər.
***
Cənubi Koreya Prezidenti Yun Sok Yölü həbs etmək üçün onun iqamətgahına gedən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə binanı və dövlət başçısını qoruyan hərbçilər arasında toqquşmalar baş verib.
APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçular iqamətgahın ərazisində prokurorluq əməkdaşlarının qarşısını kəsiblər.
Qarşıdurma iki saatdan artıqdır ki, davam edir.
“Müstəntiqlər barrikadaların birinci və ikinci cərgələrini aşıblar və hazırda onlar igamətgahın mühafizə xidmətinin qarşısında dayanıblar”, - məlumatda deyilir.


Şərhlər