Menu

Tarix Qəzzadakı böhranla bağlı Türkiyənin haqlı olduğunu isbat edəcək - Ərdoğan

03.01.2025, 18:01
Tarix Qəzzadakı böhranla bağlı Türkiyənin haqlı olduğunu isbat edəcək - Ərdoğan

“Türkiyə Fələstinin tanınması istiqamətindəki diplomatik səyləri dəstəkləyib və bu yolda öncüllük edib”.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il üzrə ixracat göstəricilərinə dair konfransda bildirib.

O, həmçinin Suriyada baş verənlərə toxunaraq, ölkəsinin bu yöndəki mövqeyində də haqlı olacağına inandığını söyləyib:

“Həm daxildən, həm də xaricdən yönələn tənqidlərə rəğmən ölkəmiz Suriya məsələsində haqlı idi. Tarix Qəzzada yaranmış böhran vəziyyəti ilə bağlı da məhz Türkiyənin haqlı olduğunu isbat edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol