Menu

Qazaxıstanda 95 avtomobil toqquşub - 10 nəfər xəsarət alıb

03.01.2025, 21:33
Qazaxıstanda 95 avtomobil toqquşub - 10 nəfər xəsarət alıb

Qazaxıstanda xilasedicilər 95 avtomobilin iştirakı ilə baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 10 nəfəri xəstəxanalara çatdırıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xilasetmə əməliyyatları zamanı 8-i uşaq olmaqla 71 nəfər təxliyə edilib, daha 11 nəfər xilas edilib. Onlardan 10-u Makinsk rayon xəstəxanasına yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol