Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-noyabr aylarında istehsalın ümumi dəyəri 1 milyard 290,5 milyon manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 15,6 faiz artıb.
Dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 51,3 faiz, beton istehsalı 29,5 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 28,8 faiz, sement istehsalı 9,3 faiz artmış, asfalt istehsalı isə 13,5 faiz azalıb.


Şərhlər