Menu

"Suriyanın enerji sisteminin bərpası üçün investisiya lazımdır" - Bayraktar

04.01.2025, 22:35
"Suriyanın enerji sisteminin bərpası üçün investisiya lazımdır" - Bayraktar

Suriyanın enerji sisteminin bərpası üçün investisiya lazımdır və beynəlxalq ictimaiyyət bu işdə kömək etməlidir.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

“Keçən həftə Suriyaya olan nümayəndə heyətimiz artıq geri qayıdıb, ekspertlər ölkənin enerji infrastrukturunun o qədər də qənaətbəxş olmadığı qənaətinə gəliblər”, - nazir deyib.

Bayraktar Türkiyədən Suriyaya, xüsusilə Hələb və Afrin şəhərlərinə elektrik enerjisinin tədarükünə başladığını da açıqlayıb.

“Biz bu tədarükləri cənuba daha da genişləndirə bilərik, bundan əlavə, dizel generatorları üçün yanacaq tədarük edə bilərik”, - nazir qeyd edib.

Şərhlər

Bəhram mühəndis 2025-01-05 12:20:50

Hər iki ölkəyə böyük həcmdə qaza ehtiyacı olan AFR da geniş qarşılıqlı inteqrasion-texnoloji sərmayələr yatıra bilər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol