Menu

Azərbaycandan göndərilən humanitar yardım Suriyaya çatdı - VİDEO

05.01.2025, 17:10
Azərbaycandan göndərilən humanitar yardım Suriyaya çatdı - VİDEO

Azərbaycandan gönədrilən 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Türkiyədən keçərək Suriyaya çatıb.

Bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir.

Tranzit Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında həyata keçirilir.

Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.

Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var.

Şərhlər

Veteran 2025-01-05 23:17:10

Əhsən.Alqışlayırıq !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol