Menu

Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində 30-dan çox delfin ölüb

05.01.2025, 20:47
Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində 30-dan çox delfin ölüb

Kerç boğazında tankerlərin qəzaya uğramasından sonra baş verən mazut sızması nəticəsində 30-dan çox delfin cəsədi aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə delfinləri xilas edən elmi-ekoloji mərkəz “Delfa” özünün teleqram kanalında məlumat yayıb.

Qeyd olunub ki, delfinlərin ölümü böyük ehtimalla mazut dağılması ilə əlaqədar olub.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında güclü fırtına nəticəsində iki neft tankeri “Volqoneft-212” və “Volqoneft-239” batıb. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, tankerlərdən tökülən mazutun ümumi həcmi təxminən 3,8 min tona çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol